Hansı məhsullarda texniki pasport mütləq olmalıdır?

Texniki pasport deyəndə adətən yaşayış evlərinə çıxarış alınan zaman verilən sənəd yada düşür. Daha dəqiq desək, ev üçün “Çıxarış” alanda bizdən bu sənəd tələb edildiyindən onun varlığından xəbərdar oluruq.

Lakin bu sənəd tək daşınmaz əmlak üçün yox, müxtəlif əşyalar üçün də ən azı o qədər vacibdir.

Fərq yalnız ondadır ki, bu dəfə həmin sənədi qarşı tərəf yəni alıcı tələb etməlidir. Belə məhsullara mürəkkəb texniki mallar hesab edilən məişət əşyaları, elektrik cihazları, musiqi alətləri, saatlar, foto və kino aparatları, rabitə vasitələri və digərləri aiddir. Satıcı mütləq istehlakçıya onun tələbindən asılı olmayaraq məhsulun texniki quruluşu, keyfiyyəti, komplektliyi, istismar təlimatları barədə məlumat verməyə və mala aid texniki pasportu və ya onu əvəz edən sənədi təqdim etməyə borcludur.

Nəzərə alsaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda təsbit olunmuş əsas hüquqlardan biri də məhz mal haqqında məlumat almaq hüququdur.

Çünki sözügedən məhsulların quruluşu, işləmə mexanizmi barədə məlumatlar məhz onun texniki pasportunda göstərilir. Malın texniki pasport olmadan satılması isə malın qüsurlu olmasına şübhə yaradır. Alış-veriş zamanı satıcı həmin sənədi müxtəlif səbəbdən vermirsə və ya alıcı bunu ondan tələb etmirsə, sonda daha çox problemi məhz istehlakçının özü yaşayır. Səbəbi isə çox sadədir.

Məhsul alarkən texniki pasportun verilməməsi səbəbindən yararsız olan məhsulu geri qaytarmaqda çətinlik yaranır.

Belə ki, zəmanət müddətli mallar üzrə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edilmədikdə şikayətə baxılmır. Digər tərəfdən isə qarşı tərəf günahı istehlakçıda görərək alıcının malı düzgün istifadə etmədiyindən xarab olduğunu səbəb gətirir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya bildirirlər ki, bu tipli şikayətlərin əksəriyyəti texniki pasportların verilməməsi və ya Azərbaycan dilində olmaması ilə bağlı olub.

Dövlət Xidmətində sahibkarlarla keçirilən görüşlərdə istehsalçılara mürəkkəb texniki mallar satılan zaman kassa çeki ilə yanaşı, Azərbaycan dilində tərtib olunmuş texniki pasportun verilməli olduğu, bu mümkün olmadıqda məhsulun əsas xüsusiyyətləri barədə Azərbaycan dilində qısa mətn hazırlayanaq istehlakçılara təqdim olunmasının zəruriliyi bildirilib.

Bununla əlaqədar qanunvericiliyin tələblərinə gəlincə isə, İnzibati Xətalar Məcəlləsinin 446-cı maddəsinə əsasən, mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə - fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 000 manata qədər cərimə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Pula-pul deməyəcək 4 BÜRC

Pula-pul deməyəcək 4 BÜRC

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

End of content

No more pages to load

RADİO