Fransanın “Nicolas Laisne Associes” memarlıq firması “OXO Architectes” şirkəti ilə birgə səhrada göydələn layihəsini təqdim ediblər.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, “Şaquli şəhər” adlanan göydələndə ofislər, otellər, mağazalar, restoranlar, yaşayış massivləri və muzeylər yerləşəcək.
“Şaquli şəhər”in ümumi tikinti sahəsi 780 min kvadratmetr təşkil edəcək.
Göydələndə meteoroloji stansiyanın da olması nəzərdə tutulub ki, bu da əsasən sərt səhra iqliminə ehtiyacla bağlıdır.
Burada temperaturun kəskin dəyişməsini nəzərə alaraq, memarlar yağıntıların yığılması üçün xüsusi sistem hazırlayıblar.
Onun böyük hissəsinin istilik və kanalizasiya, qalan hissəsinin içməli və çoxsaylı yaşıllıq sahələrinin suvarılması üçün istifadə edilməsi planlaşdırılır.
Bizim.Media