"Keşlə"nin kamerunlu futbolçusu Anatole Abanq və azərbaycanlı xanımı Adelia Hacıyeva yeni şəkilləri ilə gündəmə gəliblər. Belə ki, bir müddət əvvəl ailə quran cütlük valideyn olacaq.
Bizim.Media xəbər verir ki, bu səbəbdən onlar fotoqraf Zeynal Məmmədliyə fotosessiya etdiriblər.
Adelianın göbəiaçıq geyimdə xarici görünüşündəki dəyişikliyi təqdim etməsi sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb və paylaşım tənqidlərə məruz qalıb.
Qeyd edək ki, Anatole və Adelia bu ilin yayında evlənib.
Bizim.Media