Türkiyəli müğənni İbrahim Tatlısəsin 12 il sonra baş tutan konsertində maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, 69 yaşlı müğənni kredit götürüb Amasyadan onun konsertinə gələn fanatına jest edib.
Uzun müddət sonra yenidən səhnəyə döndüyü üçün özünü xoşbəxt hiss edən İbrahim Tatlısəs onu kredit götürüb dinləməyə gələn Şanlıurfalı heyranını səhnəyə dəvət edib.
Böyük sevgi qarşısında göz yaşlarını saxlaya bilməyən sənətçi fanatının kredit borcunu ödəyəcəyini bildirib.
Onun bu addımı alqışlarla qarşılanıb.
Bizim.Media