Kanal D-nin yüksək reytinqli serialı “Yargı”nın çəkilişlərinə iki həftəlik fasilə verilib.
Bizim.Media xəbər verir ki, buna səbəb “Ceylin” xarakterini canlandıran baş rol oyunçusu Pınar Denizin koronavirusa yoluxmasıdır.
Səhhəti ilə bağlı açıqlama verən aktrisa hazırda yaxşı olduğunu bildirib, izləyicilərinə xəstəlikdən qorunmaq üçün diqqətli olmağı tövsiyə edib.
Qeyd edək ki, Pınarın sevgilisi Yiğit Dənizdə də “COVID- 19” aşkarlanıb. Cütlük müalicələrini ev şəraitində davam etdirir.
Bizim.Media