Rusiya suriyalı muzdluları Qarabağa göndərib - 2 min dollar qarşılığında

Suriyadakı insan haqları pozuntuları ilə bağlı araşdırmaları ilə tanınan Həqiqət və Ədalət üçün Suriyalılar təşkilatı (STJ) Suriyadakı erməni mənşəli döyüşçülərin Qarabağa göndərildiyinə dair araşdırma dərc edib.

STJ-nin tədqiqatındakı şahid ifadələrinə və hesabatlarına görə, əvvəllər Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın cəbhəsində döyüşən muzdluların Qarabağa aparıldığı ortaya çıxıb.

Təşkilatın araşdırmasında həm muzdlular, həm də ailələrin köçü üçün Suriya dövlət rəsmiləri ilə görüşlər aparıldığı qeyd olunub. 

Əldə edilən məlumatlara görə, Suriya erməniləri sentyabr-oktyabr aylarında Azərbaycan ordusuna qarşı döyüşmək üçün Qarabağa gəlib. Eyni hesabata görə, döyüşçülər 5 uçuşla - ilk ikisi 19-22 sentyabr tarixlərində, digərləri 12, 21 və 17 oktyabr tarixlərində gətirilib.

Oktyabrın 21-də baş tutan iki uçuşla 37 erməni əsilli döyüşçü Ermənistana göndərilib və oradan Qarabağa gediblər. Muzdlular Liviyada pul müqabilində təlimlərə yazılıblar, Ermənistan haqqında kifayət qədər məlumatlı olmayıblar və son anda Ermənistana göndəriliblər. Bu barədə onların ailələri açıqlama verib.

Ümumilikdə 37 nəfərdən ibarət olan döyüşçülərin ilk qrupunda 23 əsgər olub, onlar M. Ek. Hamud adlı maşın tərəfindən toplanıb. İkinci qrupda 14 nəfər yer alıb və M. El Fayad adlı avtomobil tərəfindən yığılıb.

Hesabatda cəbhədə ölən və yaralananların sayı göstərilməsə də, Humus Hərbi Hospitalında növbətçi olduğu iddia edilən bir tibb əməkdaşı son 3 ayda ölən əsgər sayının 35 olduğunu iddia edib.

Erməni mənşəli muzdluların Deyr əz-Zor və Humusdan gəldiyi, demək olar ki, hamısının 5-ci Legionun üzvləri olduğu bildirilib.  

“Pələng Qüvvələri” olaraq da bilinən 5-ci Legionun üzvlərinin Bəşər Əsəd qüvvələrinin bir hissəsi olmasına baxmayaraq, Rusiya tərəfindən idarə olunduğu iddia edilib. Muzdluların əməkhaqqı da Rusiya tərəfindən ödənilib.

5-ci Legion rəisinin izahatlarında bildirilir:

“Ermənistana döyüşə gedən əsgərlər prosesin təfərrüatlarına tam bələd deyildilər. Başlanğıcda Liviyada pul qarşılığında döyüşmək üçün qeydiyyatdan keçdilər. Liviyada aktiv döyüşlər dayandıqda, düşünürəm ki, Ermənistanda münaqişə böyüdüyü üçün oraya göndərildilər.  Maaşlar ümumiyyətlə əsgərlərin təcrübəsinə və bacarıqlarına əsaslanır. Vəziyyətdən asılı olaraq 1000-2000 min ABŞ dolları arasında dəyişir.Lakin onların yaralanmaları halında təzminat almaq hüququ yoxdur! Ayrıca, itkin düşmüş əsgərləri axtarmaq və əsirləri dəyişdirmək məcburiyyətində deyilik. Əsgərlər ya maaşlarını özləri alırlar, ya da ailə üzvlərinə verilirdi”.

Azərbaycan Ordusuna qarşı vuruşan muzdluların cəsədləri yenidən Suriyaya göndərilib və bu transferlər yenidən Rusiya tərəfindən idarə edilib. 15 suriyalı muzdlu cəsədinin sentyabr və oktyabr aylarında geri göndərildiyi və təxminən 40 yaralı əsgərin Homsdakı hərbi xəstəxanada müalicə aldığı bildirilib. 

Şam və Beyrutdan da döyüşçülərin Ermənistana aparıldığı, lakin onların Rusiyanın yox, düşmən ölkədə olan siyasi təşkilatların nəzarətində olduğu vurğulanıb.  (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

End of content

No more pages to load

RADİO