Türkiyənin Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində uğurlar arzulayırıq”, - deyə paylaşımda bildirilib.
Bizim.Media
