“Zəngəzur dəhlizinin işə salınması nəinki Azərbaycan və Ermənistan, o cümlədən digər region ölkələri üçün də yeni imkanlar yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan İranla bir sıra yeni layihələr ətrafında razılıq əldə etdi
“Hesab edirik ki, İran bu layihədən töhfə alan ölkələrdən biri olacaq”, - nazir vurğulayıb.
Bizim.Media