İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.
İranın Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.
Hüseyn Əmir Abdullahianın Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə brifinqi planlaşdırılır.
Bizim.Media