İki aydan sonra ana olacaq aktrisa Ülviyyə Xəlilbəylinin səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə paylaşım edən aktrisa “Instagram” fəaliyyətinə fasilə verdiyini bildirib.
“Səhhətimdə yaranmış narahatlığa görə, yəqin ki, paylaşımlar edə bilməyəcəm. Sizdən istəyim odur ki, mənim üçün dua edəsiniz. Hər nə olursa, yaxşılığa doğru olur. Demək ki, Allahın bir bildiyi vardır”, - deyə Ülviyyə paylaşımında yazıb.
Bizim.Media