İlin sonuna kimi İlham Əliyev və Nikol Paşinyan Moskvada daha bir görüş keçirə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın “Past” qəzeti yayıb.
"Xarici İşlər Nazirliyindəki mənbəmizin bildirdiyinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər. Yeri gəlmişkən, yenə Rusiyada. Bizdə məlumat var ki, görüş baş tutsa, bu, yekun olacaq", - qəzet yazıb.
Qəzet vurğulayır ki, yeni iclas geniş tərkibdə keçiriləcək.
Hər 3 ölkənin müdafiə nazirləri, xarici işlər nazirləri və üçtərəfli komissiyanın üzvləri - baş nazirin müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev iclasa qatılacaqlar.
Bizim.Media