Almaniya Baş naziri Angela Merkel Almaniya və Avropa İttifaqında yeni növ koronavirusa (COVİD1-9) qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb.
Bizim.Media “RİA Novosti”-yə istinadən bildirir ki, A. Merkel peyvəndin təhlükəsizliyinə görə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini qeyd edib.
Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan edib:
“Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvəndlərin vurulması prosesi başlayacaq”
Bizim.Media