İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər.
İki ölkə arasında əməkdaşlıqla bağlı son hadisələr müzakirə predmeti olub.
Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.
Bizim.Media