“Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də Şimali Kipr, Liviya, Azərbaycan kimi dost və qardaş ölkələrin təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaq üçün yay-qış, gecə-gündüz, dağ-dərə bilmədən “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəsini davam etdirir”.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseri şəhərinə səfəri zamanı deyib.
Nazir qeyd edib ki, Türkiyə Cümhuriyyəti suverenliyi və müstəqilliyi naminə tarixinin ən gərgin əməliyyatları dövrünü yaşayır və ölkə sərhədləri gərgin iş rejimində qorunur.
Bizim.Media