Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, görüşdə İkinci Qarabağ müharibəsindən sonra yaranan vəziyyət müzakirə olunub.
Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Bizim.Media