“Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ

Eks xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Brüssel görüşü ayrı mövzulara aid olacaq.

Çünki 10 noyabr sənədində də göstərilib ki, humanitar mövzulara müxtəlif təşkilatlar cəlb olunmalıdır:

“Bu baxımdan o mövqeydəyəm ki, Brüsseldəki görüş Avropa İttifaqının tədbiridir. Avropa İttifaqı və onun qurumları isə humanitar mövzularda böyük donorlardandır”.

Tofiq Zülfüqarov Bizim.Media ilə özəl müsahibə zamanı bildirib ki, Brüsseldəki görüş də humanitar mövzuları əhatə etməlidir.

MÖVZU İLƏ BAĞLI:

“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?


Belə ki, azad olunan ərazilərdə humanitar və donor işləri vacibdir:

“Ümumi fikirlər səslənəcək. Bilmirəm, bəyanat və ya buna bənzər sənəd qəbul olunacaq. Amma əsas mövzu bölgənin postkonflikt vəziyyətində sülhün bərqərar olunmasına çağırışlar olacaq. Brüsseldən hansısa danışıq və s. göszləmirəm. Çünki Brüsseldəki görüş danışıqlar formatı deyil”.

Çoxları düşünür ki, Nikol Paşinyan bəzən savadsızlığındanmı, yoxsa erməni cəmiyyətinin sevgisini ələ almaq üçün şablondan uzaq, protokoldan kənar çıxışlar edir.

Buna Münhendə də bir dəfə çalışıb və pərt olub. Bəs Brüsseldə müəyyən “Paşinyan sürprizləri”ni gözləmək olarmı?

“Münhendə açıq diskussiya idi. Brüsseldəki görüşün isə bir hissəsi jurnalistlərin iştirakı ilə olacaq və dövlət başçıları çıxış edəcəklər. Çıxışlar onların mövqeyini əks etdirəcək. Ondan sonra isə qapalı görüşdür. Söhbət nədən gedə bilər? Siyasi hadisədir. Soçidə konkret mövzular müzakirə olunub. Brüsseldə fərqli bir formatdır. Avropa İttifaqının haradasa vasitəçi qismində çıxış etməsi yadıma gəlmir. Ancaq Gürcüstanda müşçahidəçi missiyaları var və bu missiya digərləri ilə yanaşı Abxaziyada olub. Fəaliyyətləri barədə heç məlumat da yoxdur. Kollektiv Qərbi nəzərdə tuturam, onlar istəyirlər ki, hansısa şəkildə bu proseslərdə (Ermənistan-Azərbaycan) iştirak etsinlər. Hiss olunur ki, məsələ razılaşdırılıb və danışıqlarda onlar iştirak etmirlər. Azərbaycan keçən ilki mövqeyində qalıb ki, “humanitar mövzularda yardım etmək istəyirsinizsə, buyurun gəlin”.

Prezident bu fikirləri ATƏT-in Minsk Qrupuna da səsləndirib. Hesab edirəm ki, indi elə buna aid məsələlər olacaq. Baxın görün hadisə nəyə həsr olunub - Şərq Tərəfdaşlığı proqramı. Onun nədən ibarət olduğunu bilirik. Sözügedən proqramda da bölünmə baş verib.

3 ölkə - Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı üçün daha əlverişli partnyorlardır. Digər 3 ölkə - Belarus, Ermənistan və Azərbaycan isə bu əməkdaşlıqda bir o qədər uğurlu deyillər”.

Tofiq Zülfüqarovun sözlərinə görə, Brüssel görüşündən sonra “Şərq Tərəfdaşlığı”nın formatı Bakı və İrəvan üçün dəyişə bilər.

Burada isə daha çox humanitar məsələlər, münaqişədən sonra qarşılıqlı etimadın yaradılmasına yardım, cəmiyyətlərdəki müxtəlif təbəqələrin dialoqlara cəlb olunması və s. yer alacaq:

“Sadalananların konfliktə aidiyyatı olsa belə, danışıqlar formatı deyil”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

Gela Vasadzenin anası vəfat etdi

Gela Vasadzenin anası vəfat etdi

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Suriyada parlament seçkiləri təxirə salındı

Suriyada parlament seçkiləri təxirə salındı

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

End of content

No more pages to load

RADİO