“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. İşğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bizim hər birimiz bu işdə fəal olmalıdır:
“Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.
Bizim.Media