Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni açıqlama ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, koronavirusun “Omikron” ştamı ilə bağlı dövlətlərin sərhədləri bağlama addımının çıxış yolu olmadığı diqqətə çatdırılıb.
"Yaxın gələcəkdə yoluxma sayında ciddi artım ola bilər. Dövlətlərin sərhədlərini bağlaması və səyahətləri məhdudlaşdırmaları doğru deyil. Ən düzgün çıxış yolu məhz vaksinasiyadır", - deyə ÜST-ün açıqlamasında deyilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştamını “Omikron” adlandırıb.
Qurum Afrikada aşkar edilən koronavirus ştamını "narahat doğuran variantlar" qrupuna daxil edib.
Bizim.Media