Fransanın PSJ klubu İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanla təmasda olub.
Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi Maurisio Poçettino İngiltərə "Mançester Yunayted"inə keçəcəyi təqdirdə, onu 49 yaşlı mütəxəssislə əvəzləmək istəyir.
Zidan bu postda əsas namizəd hesab edilir və artıq onunla əlaqə saxlanılıb.
PSJ-nin hazırkı baş məşqçisinin hələlik klub rəhbərliyinə "qırmızı şeytanlar"la danışıqlar aparması barədə məlumat vermədiyi qeyd olunub.
Qeyd edək ki, Zinəddin Zidan mayın 27-də "Real Madrid"dən ayrılıb.
Bizim.Media