Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı şəhidlərimizlə bağlı “Twitter” hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, ötən gün dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.
“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun!”, - deyə səfir bildirib.
Bizim.Media
