Ceyhun Bayramov: "Ermənistan mina xəritələrini təqdim etməlidir" - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən nazir münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi barədə danışıb.

Azərbaycan xarici işlər naziri Ermənistan tərəfindən səsləndirilən bəyanatlara münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Brüsseldə xarici işlər nazirlərinin görüşü keçirilir


O, dayanıqlı sülh, inkişaf və tərəqqinin Azərbaycanın gələcək vizyonunun əsasını təşkil etdiyini və bu xüsusda, üçtərəfli bəyanatların tam icrasının mühüm olduğunu qeyd edib. Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözlədiyimiz vurğulanıb.

Bölgədə bütün kommunikasiyaların açılmasının, Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəyi, bu xüsusda Zəngəzur dəhlizinin önəmli təşəbbüs olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
 

Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhlizləri təmin etmək səylərinə töhfə verəcəyi bildirilib.


Azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, nəticədə uzun illər ərzində hüquqları pozulmuş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qayıdacaqlarını vurğulayıb. Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib.

Nazir, Aİ-nin Şərq Qonşuluğu siyasəti çərçivəsində Cənubi Qafqaza münasibətdə yanaşmasını bölgədə mövcud olan yeni vəziyyətə uyğun olaraq, post-münaqişə dövrünün ehtiyac və prioritetlərinə müvafiq olaraq dəyişdirməsinin vacibliyini vurğulayıb.

Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən post-münaqişə siyasi və maliyyə dəstəyinin Aİ-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib.
 

İstər Şərq Tərəfdaşlığı, istərsə də ikitərəfli çərçivədə irəli sürülən təşəbbüslərin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədində nəzərdə tutulduğu kimi beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra nazir Ceyhun Bayramov Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

Görüşdə tərəflər, Azərbaycan və Aİ ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək inkişaf perspektivləri, əsas prioritet məsələləri, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib – VİDEO

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib – VİDEO

Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Azərbaycan XİN Pakistanı təbrik etdi – FOTO

Azərbaycan XİN Pakistanı təbrik etdi – FOTO

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş

Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

Çörək və yumurta deyil:Sulu kotlet üçün qiyməyə əlavə ediləcək 5 dadlı məhsul

Çörək və yumurta deyil:Sulu kotlet üçün qiyməyə əlavə ediləcək 5 dadlı məhsul

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Xankəndi şəhərinə növbəti köç – FOTO

Xankəndi şəhərinə növbəti köç – FOTO

"Otelə ərimlə gedirəm"

"Otelə ərimlə gedirəm"

End of content

No more pages to load

RADİO