Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun cəzası azaldılıb.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Xalq artistinin evindən pul və qızıl-zinət əşyaları oğurlayan E.Mövlamovun cəzasını 9 ildən 8 ilə endirib.
Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə təqsirli bilinirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamova 9 il həbs cəzası verilmişdi.
Bizim.Media