Bişkekdəki “Uulu Toolar” nəşriyyatında Osmonkun İbrahimovun “Aytmatov-İmperiyanın son yazıçısı” adlı kitabı Azərbaycan dilində çap olunub.
Bizim.Media xəbər verir ki, Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən çap olunan kitabı Azərbaycan dilinə Günel Xəzəl tərcümə edib.
Kitabda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Çingiz Aytmatovun Bakıda olması, Azərbaycan Prezidenti İlham Əliyevin yazıçını qəbul etməsi haqqında da ətraflı məlumat var.
Bir müddət əvvəl Prezident İlham Əliyev yazıçıya yeni təsis olunan “Dostluq” ordeni təqdim edib.
Kitab 2018-ci ildə Moskvada, sonra isə Astanada və Kiyevdə nəşr edilib.
Bizim.Media