Xalq artisti Emin Ağalarovun atası, Rusiyada yaşayan iş adamı Araz Ağalarovun dünən 66 yaşı tamam olub.
Bizim.Media xəbər verir ki, müğənni özünün İnstagram səhifəsində fotolardan hazırlanan videoçarx yerləşdirib və atasını doğum günü münasibətilə təbrik edib.
Emin paylaşımına bu sözləri də qeyd edib:
"Mənim müəllimim və vicdanlı döyüşçüm. Atam! Ad günün mübarək!".
İfaçının paylaşımına 283 min İnstagram izləyicisi tərəfindən baxış olub.
Bizim.Media