İctimai Televiziyada (İTV) “Şuşa, sən azadsan!” sənədli filmi yayımlanıb.
Bizim.Media xəbər verir ki, filmdə Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının maraqlı detalları təqdim olunub.
Həmçinin, Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar nümayiş etdirilib.
Qeyd edək ki, sözügedən film Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən hazırlanıb.
Bizim.Media