Belarusda bazar günü keçirilən kütləvi aksiyada 344 nəfər saxlanılıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ölkədəki kütləvi hadisələrə dair qanunvericiliyi pozduğuna görə 344 nəfər tutulub və təcridxanalara yerləşdirilib.
Qeyd edilib ki, saxlanılanların bir qismi artıq məsuliyyətə cəlb olunublar:
“Minskdə bir neçə yerdə eyni vaxtda icazəsiz tədbirlər keçirilib. Lakin onların əksəriyyəti kiçik miqyaslı olub"
Daxili İşlər Nazirliyi ölkədəki asayişi qorumaq və icazəsiz tədbirlərin keçirildiyi yerlərdə ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər gördüb”,- deyə qurumun məlumatında bildirilib.
Bizim.Media