“Aeroflot” şirkətinə məxsus və Moskva-Nyu-York reysi ilə uçan sərnişin təyyarəsi bazar günü Con Kennedi Beynəlxalq Hava Limanında yoxlanış üçün saxlanılıb. Sərnişinlər və onların əl yüklərinə baxlş keçirilib.
Bizim.Media “TASS” istinadla xəbər verir ki, bu barədə reyslə uçan Anastasiya Şevçenko bildirib.
O qeyd edib ki, hazırda sərnişinlər uçuş terminalında saxlanılır və onların hər biri cox ciddi araşdırılır. Sərnişinlər deyir ki, təyyarə partlayış təhlükəsi ilə əlaqədar yoxlanılır.
“Aeroflot” şirkətindən isə bildirilib ki, Nyu-York vaxtı ilə 18:30-a planlaşdırılan Nyu-York-Moskva reysi 21:00-dək təxirə salınıb.
Gecikmənin səbəbi barədə açıqlama verilmir.
“Fox News” telekanalı isə məıumat verib ki, uçuş ABŞ-ın Şərq sahili vaxtı ilə 15:49-da Nyu-Yorka enib.
Bizim.Media