Tanınmış aktrisa Xuraman Əlizadə şəxsi həyatı ilə bağlı suala əsəbiləşib.
Bizim.Media xəbər verir ki, o, sosial media hesabındakı canlı yayım zamanı sual verən izləyicisinə nikah şəhadətnaməsini göstərib:
“Axı mən ərimi necə zorla pul gücünə yanımda saxlaya bilərəm? Mənim pulum var? Yoldaşımın su şirkəti var. Koronavirusa yoluxanda başımın üstündə dayandı, hər qulluğumu etdi. Məni sevməsəydi, bunları etməzdi. O, sağalan günə qədər mənə qulluq etdi”.
Bizim.Media