Azərbaycanlı yazar Məhəbbət Əsədova Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlçuk Bayraktar haqda kitab yazıb.
Bizim.Media xəbər verir ki, yazıçı “Bayraktar” adlanan kitabını paytaxtımızda səfərdə olan Səlçuk Bayraktara təqdim edib.
Qeyd edək ki, müəllif bu kitabı yazmaq fikrinin torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə 2020-ci ilin dekabrın 10-da təşkil edilən "Zəfər paradı" zamanı meydana gəldiyini bildirib.
Bizim.Media
