Azərbaycanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması asanlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Hazırda qüvvədə olan Məcəlləyə görə geriyə ödəniş yazılı ərizəyə əsasən, 45 gün ərzində həyata keçirilir.
Müvafiq qanun layihəsində isə yazılı ərizə tələbinin ləğv edilməsi öz əksini tapıb, geriyə ödənişin yalnız ərizə əsasında həyata keçirilməsi nəzərdə tutulub.
Bizim.Media