Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana 28 min 103 ton ət gətirilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalının dəyəri 48 milyon 93 min dollara bərabər olub. Ət idxalının ümumi idxalda həcmi 0,58 faiz təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycana ət idxalı azalıb. Belə ki, 2020-ci ilin müvafiq dövründə ölkəmizə 33 643 ton, 60 milyon 385 min dollar dəyərində ət idxal edilib.
Xatirə, Bizim.Media