Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 455 milyon dollar həcmində ixrac həyata keçirilib.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qardaş ölkəyə ixracın həcmi 203 milyon dollar artıb.
Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında ixracın həcmi 252 milyon dollara bərabər olub.
Xatirə, Bizim.Media