Bakı və İrəvanın qarşısında duran 4 vəzifə – HANSILARDIR?

Vətən Müharibəsində şəhid və qazilərin şücaəti ilə qazanılan qələbədən sonra diqqət siyasi zəfərə köklənib. Çünki Bakının qarşısında müxtəlif vəzifələr dayanıb:

1. Zəngəzur dəhlizinin açılması

2. Sərhədlərin delimitasiya və demarkasiyası

3. Ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması

4. Qarabağdakı ermənilərin Azərbaycan qanunverciliyinə keçidi
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şuşa ətrafına ağır texnika toplayır - PEYK GÖRÜNTÜSÜ


Bizim.Media xəbər verir ki, sadalanan bəndlər İrəvanı da düşündürür. Amma başqa formada:

•Zəngəzur dəhlizinin Rusiyanın yox, Ermənistanın nəzarətində olmasını istəyirlər. Bu koridor açılacağı təqdirdə İranla ticarət dövriyyəsinin sürətinin aşağı düşəcəyindən narahatdırlar. Və ən əsası da Naxçıvanın təcrid olunmuş vəziyyətdən tamamilə çıxması İrəvanın ürəyincə deyil. Çünki Azərbaycana müəyyən təzyiq göstərmək üçün muxtar respublikanın regional asılılığı onlara sərf edir.

•Ermənistanın “Qarabağ klanı”ndan ibarət olan sabiq hökumətləri sərhədləri 1988-ci ildən sonrakı xəritə ilə müəyyənləşdirmək niyyətində olublar və hazırda da bu istiqamətdə Paşinyana təzyiq göstərirlər. Çünki Qorbaçov Qarabağ Muxtar Vilayətini Ermənistanın tərkibinə qatmaq istəyirdi və SSRİ-ni dağıdan ilk savaş da elə bu səbəbdən başladı. Bu baxımdan, sərhəd məsələsində müəyyən mübahisə predmetləri qalmaqdadır. 

•Ermənistan bilir ki, Azərbaycanın ərazi bütövlüyünü tanısa, ərazi iddialarından əl çəkməli olacaq və “Artsax” xülyalarına yekun vuracaq. Amma ərazi bütövlüyümüzü tanımasa, Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaradan Batum müqaviləsinin (99 il - 1918) vaxtının keçdiyini xatırlatmaq olar. Burda da məsələyə Rusiya müdaxilə edəcək, çünki postsovet ölkələrin ərazisi II Dünya savaşından sonra BMT tərəfindən SSRİ xəritəsi ilə tanınıb. Azərbaycan müstəqilliyin bərpa edəndən sonra 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub.

•Əvvəlcə qeyd edək ki, II Qarabağ müharibəsindən sonra və indiyədək Qarabağ ermənilərinin çoxu ya İrəvandadır, ya da başqa ölkələrə qaçıblar. Sülhməramlıların məsuliyyət zonasına isə evsiz-eşiksiz, səfil ermənilər “yaxşı həyat” ümidilə köçürülür. Məqsəd orada ermənilərin olmasıdır ki, bunun hesabına rusların qalmaq bəhanəsi qüvvədən düşmür. Separatçılar Azərbaycanın tərkibinə keçməmək üçün hələ də Qarabağda qanunsuz fəaliyyət göstərirlər. Araik Arutyunyan üzüm biznesini itirmək, yaxud Azərbaycana vergi ödəmək istəmir. Bu səbəbdən də sülh sazişini yubatmağa çalışırlar.

Hazırda ən aktual məsələlərdən biri Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşdirilməsidir.

MDB Dövlət Başçıları Şurasının onlayn iclasında Paşinyan Zəngəzur koridorunun – Naxçıvana avtomobil və dəmiryol xəttinin açılacağını bəyan edib. Sərhədlərin delimitasiyasında isə Rusiya ilə Azərbaycanın yanaşması yaxındır. Çünki Kremlin təklif etdiyi delimitasiya prosesinin 1975-ci il xəritəsi ilə aparılmasıdır ki, Bakı da bununla razıdır.

İrəvanın 1988-ci il iddia və iradları olsa da, son hadisələr – Gorus-Qafan yolunda Azərbaycan postu və s. Paşinyanın da sərhəd mövzusunda razılaşmağa məcbur qaldığına eyhamdır. 


Nə qədər ki, Azərbaycan 1921-ci il xəritələri ilə sərhəddini bərpa etmək iddiası qaldırmayıb, Ermənistan 1975-cı il xəritəsi üzrə delimitasiyanı qəbul etməlidir. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyin yollarını çox yaxşı bilir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

End of content

No more pages to load

RADİO