Rumıniyada “SOCAR” brendli 66-cı YDM istifadəyə verildi

0:00
0:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, “SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhəddindəki Suceava regionundadır. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı “SOCAR” brendli YDM-dir.

Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir.

Məntəqədə “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
 

Bundan başqa YDM maye qaz (LPG) və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilmişdir. Məntəqədə 2 avtoyuma və elektromobillər üçün şarj aparatı da quraşdırılıb.


Digər YDM-də olduğu kimi SOCAR müştəriləri və qonaqlar bu məntəqədə də təkərlərin doldurulması, internet, telefonların enerji ilə doldurulması kimi pulsuz xidmətlərdən də istifadə edə bilərlər.

Məntəqədəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb.

Eləcə də məntəqələrdə quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.
 

Hazırda SOCAR Rumıniyanın 26 regionunda 66 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateti plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.


Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” – “Kopenhagen” matçı Sərdar Gözüböyükə HƏVALƏ EDİLDİ

“Qarabağ” – “Kopenhagen” matçı Sərdar Gözüböyükə HƏVALƏ EDİLDİ

Prezidentdən Rafiq Məmmədhəsənovla bağlı SƏRƏNCAM

Prezidentdən Rafiq Məmmədhəsənovla bağlı SƏRƏNCAM

İsrail “Məkkə Tauer”i darmadağın etdi – ANBAAN VİDEO

İsrail “Məkkə Tauer”i darmadağın etdi – ANBAAN VİDEO

Sumqayıtda yanan marşrut avtobusu belə söndürüldü – VİDEO

Sumqayıtda yanan marşrut avtobusu belə söndürüldü – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

“Milan” “Napoli”yə qalib gəldi - VİDEO

“Milan” “Napoli”yə qalib gəldi - VİDEO

Polşadan təcili ÇAĞIRIŞ – Şərqi Avropada gərginlik yenidən PİK HƏDDƏ

Polşadan təcili ÇAĞIRIŞ – Şərqi Avropada gərginlik yenidən PİK HƏDDƏ

Artım yalnız bu avtobuslara aiddir – RƏSMİ

Artım yalnız bu avtobuslara aiddir – RƏSMİ

Avropa ilə müharibə təhlükəsinə Medvedevdən REAKSİYA – “Biz həmişə onlara azadlıq gətirmişik”

Avropa ilə müharibə təhlükəsinə Medvedevdən REAKSİYA – “Biz həmişə onlara azadlıq gətirmişik”

Sentyabrın son gününün HAVA PROQNOZU

Sentyabrın son gününün HAVA PROQNOZU

DSX-dən İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO

DSX-dən İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO

Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı - VİDEO

Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı - VİDEO

Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO

Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO

Ukrayna Rusiya helikopterini dronla belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna Rusiya helikopterini dronla belə məhv etdi – ANBAAN VİDEO

Kişi DNT testi etdi: Uşaqları haqqında həqiqəti öyrəndi

Kişi DNT testi etdi: Uşaqları haqqında həqiqəti öyrəndi

Bakıda gələn il yeni metro stansiyası istifadəyə veriləcək

Bakıda gələn il yeni metro stansiyası istifadəyə veriləcək

Dəmir yollarında da gedişhaqqı ARTIRILACAQ? - Rəsmi AÇIQLAMA

Dəmir yollarında da gedişhaqqı ARTIRILACAQ? - Rəsmi AÇIQLAMA

Sumqayıtda avtobus yanır – VİDEO

Sumqayıtda avtobus yanır – VİDEO

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Zaqatalada SEL bəndi yudu – VİDEO

Zaqatalada SEL bəndi yudu – VİDEO

Şəhidin qardaşı qəzaya DÜŞDÜ – FOTO

Şəhidin qardaşı qəzaya DÜŞDÜ – FOTO

Qiymət artımı bu avtobuslara şamil EDİLMƏYƏCƏK

Qiymət artımı bu avtobuslara şamil EDİLMƏYƏCƏK

Ləzə kəndinə təhlükə yaradan palçıq axını - Helikopterdən lentə alınan GÖRÜNTÜLƏR/ÖZƏL

Ləzə kəndinə təhlükə yaradan palçıq axını - Helikopterdən lentə alınan GÖRÜNTÜLƏR/ÖZƏL

Ağcabədidə ağır qəza - Hərbçi xəsarət aldı

Ağcabədidə ağır qəza - Hərbçi xəsarət aldı

End of content

No more pages to load

RADİO