Azərbaycanla Dünya Bankı arasında yeni MÜQAVİLƏ - DETALLAR

0:00
0:00

27 oktyabr 2021 – ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit ayrılmasına dair müqavilə imzalanıb.

Bizim.Media xəbər verir ki, 65 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Dünya Bankı tərəfindən Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.

Cəlb olunan kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək. Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq.

Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.

İmzalanma mərasimində Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstək yüksək qiymətləndirilib.

Samir Şərifov Azərbaycan ilə Dünya Bankının uzunmüddətli və strateji tərəfdaşlığından məmnunluğunu ifadə edərək hökumətin həyata keçirdiyi bir sıra mühüm layihələrə bankın göstərdiyi maliyyə dəstəyini qeyd edib. Maliyyə naziri bildirib ki, Dünya Bankı ilə müştərək maliyyələşdiriləcək layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
 

Etibarlı tərəfdaşlar kimi Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini vurğulayan ölkə meneceri Sara Maykl həyata keçiriləcək yeni layihənin də Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcəyinə əminliyini ifadə edib.


Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4 milyard ABŞ dolları vəsait ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

Balakəndə yaşayış evi uçdu – Köməksiz qalan ailə xilas edildi - VİDEO

Balakəndə yaşayış evi uçdu – Köməksiz qalan ailə xilas edildi - VİDEO

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ

Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO