Üzeyir Hacıbəylinin ev əşyaları Şuşaya nə vaxt qaytarılacaq? – ÖZƏL AÇIQLAMA

Artıq Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada bir çox bərpa-tikinti işləri başlayıb. 30 ilə yaxın işğalda qalan şəhər demək olar ki, yenidən qurulur.

Azərbaycanın canlı konservatoriyasının ən dahi nümayəndəsi Üzeyir Hacıbəylinin də ev muzeyində təmizlik işləri görülüb. Tezliklə, bina yenidən inşa olunacaq. 

Bu haqda Bizim.Media-ya danışan Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin direktoru Nəsibə Eyvazova məlumat verib. O, bildirib ki, artıq muzeyin həyətində bəzi təmimzlik işləri aparılıb.

“Şükürlər olsun ki, biz qələbə qazandıq və mənim oğlum da Vətən müharibəsi qazisidir. Biz artıq Şuşaya geri dönürük. Üzeyir bəyin də ev muzeyi tezliklə bərpa olunacaq. Artıq onun həyətində təmizlik işləri aparılıb. Erməni vandalları muzeyi darmadağın edib, xarabalığa çeviriblər. Onun ancaq arxa divarları qalıb. Hazırda Heydər Əliyev fondu tərəfindən muzeyin yeni layihəsi hazırlanır”.

Nəsibə xanım muzeyin yaradılmasından, onun illər ərzində göstərdiyi fəaliyyətindən də danışıb. O, işğal zamanı muzeyin Bakıya köçürülməsi haqqında da maraqlı faktlara toxunub. 

“Muzey 1959-cu ildə inşa edilib və erməni vandallarının Şuşanı işğal etdiyi günə qədər fəaliyyətini davam etdirib. Şuşa işğal olunanda biz heç bir dəstək olmadan öz hesabımıza muzeydəki ekspanatları, Üzeyir bəyin heç bir şəxsi əşyasını orada qoymayaraq özümüzlə Bakıya gətirdik. Bir gün belə o muzey öz fəaliyyətini dayandırmadı.

Muzeydən xilas edilmiş eksponatlar – vallar, notlar və kitablar Ü.Hacıbəyovun ilk skripkası, ailələrinə məxsus fotoalbom, anası Şirinbəyim xanımın gəlinlik paltarı və hətta, muzeyin həyətindən götürülmüş torpaq müvəqqəti olaraq Üzeyir bəyin Bakıdakı ev muzeyində saxlanılır”.

Sonda N. Eyvazova tezliklə Şuşaya qayıdacağı və muzeyin fəaliyyətinin bərpası gününü gözlədiyini də vurğulayıb.

“Biz artıq öz doğma torpaqlarımıza qayıtmışıq. Tezliklə, muzey bərpa olunacaq və Üzeyir bəyə məxsus olan bütün əşyalar öz doğma diyarına - Şuşaya qaytarılacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

Beynəlxalq axtarışda olan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

"Şəfa" qalib gəldi, "Səbail" UDUZDU

"Şəfa" qalib gəldi, "Səbail" UDUZDU

Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş - FOTO

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş - FOTO

Honq Konqdakı yanğında ölənlərin sayı ARTDI - VİDEO

Honq Konqdakı yanğında ölənlərin sayı ARTDI - VİDEO

“Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ÜNVANLAYACAQ

“Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ÜNVANLAYACAQ

Kainat öz sevimlisini SEÇDİ: Bu bürc şansa qərq olacaq

Kainat öz sevimlisini SEÇDİ: Bu bürc şansa qərq olacaq

Xüsusi dərmanların qiymətinə daha bir qurum rəy verəcək - QƏRAR

Xüsusi dərmanların qiymətinə daha bir qurum rəy verəcək - QƏRAR

Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdə olub - FOTO

Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdə olub - FOTO

23 istiqamətdə tıxac var - Paytaxt sürücülərinin NƏZƏRİNƏ

23 istiqamətdə tıxac var - Paytaxt sürücülərinin NƏZƏRİNƏ

Böyük Dəbilqə: Cüdoçularımızın rəqibləri BİLİNDİ

Böyük Dəbilqə: Cüdoçularımızın rəqibləri BİLİNDİ

Ceyhun Bayramov "Aspen Institute Italia"da keçirilən dəyirmi masa müzakirəsində iştirak etdi - FOTO

Ceyhun Bayramov "Aspen Institute Italia"da keçirilən dəyirmi masa müzakirəsində iştirak etdi - FOTO

Trendyol ilin “Əfsanə günlər”ini elan edir

Trendyol ilin “Əfsanə günlər”ini elan edir

Ramiz Məmmədovun vəzifəsindən azad olunması xəbəri həqiqəti ƏKS ETDİRMİR

Ramiz Məmmədovun vəzifəsindən azad olunması xəbəri həqiqəti ƏKS ETDİRMİR

Ünvanlı sosial yardım alanların SAYI AÇIQLANDI

Ünvanlı sosial yardım alanların SAYI AÇIQLANDI

Rusiyada saxlanılan soydaşlarımızla bağlı QƏRAR VERİLDİ - FOTO

Rusiyada saxlanılan soydaşlarımızla bağlı QƏRAR VERİLDİ - FOTO

Gəncə Xəstəxanasında ürək əməliyyatları da İCRA OLUNACAQ - FOTO

Gəncə Xəstəxanasında ürək əməliyyatları da İCRA OLUNACAQ - FOTO

Çin alimləri ölümcül virus yaratdı

Çin alimləri ölümcül virus yaratdı

Təbrizdə azyaşlı oğlana zorakılıq edən şəxsin cəzası ağır oldu - FOTO

Təbrizdə azyaşlı oğlana zorakılıq edən şəxsin cəzası ağır oldu - FOTO

Lukaşenko: “Trampla mənim qədər səmimi danışan yoxdur”

Lukaşenko: “Trampla mənim qədər səmimi danışan yoxdur”

Azərbaycan XİN Çinə başsağlığı verdi – FOTO

Azərbaycan XİN Çinə başsağlığı verdi – FOTO

Yasamaldakı yanğından sonrakı HƏYAT – Zərər görən sakinlər evlərinə qayıdıb?

Yasamaldakı yanğından sonrakı HƏYAT – Zərər görən sakinlər evlərinə qayıdıb?

Vəkillik fəaliyyəti ilə bağlı hüquqi normalar DƏYİŞDİ – Hansı yeniliklər OLACAQ?

Vəkillik fəaliyyəti ilə bağlı hüquqi normalar DƏYİŞDİ – Hansı yeniliklər OLACAQ?

İstanbul derbisinin hakimləri AÇIQLANDI

İstanbul derbisinin hakimləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO