"Facebook", "Instagram” və "WhatsApp" tətbiqlərinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu iddia ilə "Verge" portalı çıxış edib.
Dəyişikliyin əsas səbəbi kimi şirkətin adının son günlərdə bir sıra skandallarda hallanması göstərilir.
Məlumata əsasən, "Facebook" bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcək.
Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq. Yeri gəlmişkən, bu konsepsiyada mühit və materiya büsbütün eyni prosesə çevrilir.
Bizim.Media