İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb.
Azərbaycanın İsveçrədəki səfirliyindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək.
Eyni zamanda bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.
Bizim.Media
