Türkiyə təhlükəsizlik qüvvələrinin Suriya ərazisində “Fərat qalxanı” antiterror rayonunda post-patrul xidməti aparan əməkdaşları PKK/PYD terrorçularının hücumuna məruz qalıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azez ilə Mare arasında post-patrul xidməti aparan Türkiyənin zirehli polis maşını terrorçular tərəfindən vurulub.
Raket atəşi nəticədə iki xüsusi təyinatlı polis şəhid olub. Daha iki polis isə yaralı halda xəstəxanaya yerləşdirilib.
Bizim.Media