Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyası xarici mətbuatda

Bu yaxınlarda Azərbaycanda səfərdə olan balkanlı jurnalistlər ölkəmizlə bağlı təəssüratlarını əks etdirən məqalə və reportajlar hazırlayıblar.

Bizim.Media xəbər verir ki, Azərbaycanda qonaq olan Bosniya İctimai Televiziyasının heyəti elə ilk gün ADA Universitetində itkin düşmüş azərbaycanlılarla bağlı reportaj hazırlayaraq axşam xəbərlərində efirə veriblər.

Süjetdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və ailəsini itirmiş köçkün Müşfiq Əliyevin fikirləri yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI


Qarabağa səfər etmiş serbiyalı jurnalist Nataşa İvanoski isə çalışdığı “Blic” qəzetində səfər təəssüratları ilə bağlı ikinci məqaləsini yayımlayıb.

Budəfəki yazıda Gəncədə dağıdılmış mülki bina, müəllifin “Qafqazın Xiroşiması” adlandırdığı Ağdam və Bakıdakı qənimətlər parkı barədə yazılıb, hər bir hissə müəllifin özü tərəfindən çəkilmiş şəkillərlə müşayiət olunub.

Yazıda Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun şəhərin bərpası ilə bağlı Azərbaycanın planlarına, məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin gələcəklə bağlı düşüncələrinə yer verilib.

Jurnalist Nataşa İvanoski digər məqaləsində Bakıdan Şuşaya və Ağdama qədər gördüyü bir çox detalları qələmə alaraq hər addımda Qarabağın Azərbaycana məxsus olduğunu, “Qarabağ” sözünün Azərbaycan mənşəyini, müxtəlif kəndlərdə həmin yaşayış məntəqəsinin öz şəhidlərinin əbədiləşdirdiyini, azərbaycanlıların 1990-cı illərdə qovulduqları ərazilərə yenidən qayıtdıqlarına görə qürur duyduqlarını, Füzulidəki minalı əraziləri gördüyünü, təkcə bu il 20 Azərbaycan vətəndaşının minalardan həlak olduğunu və ümumiyyətlə Qarabağın minalardan təmizlənməsinin ən azı 10 ilə başa gələcəyini, etnik nifrətin yaşayış məntəqələrini kabus şəhərlərə çevirdiyini, Cəbrayıl və Ağdamdakı dağıdılmış evləri və Azərbaycan qəbirlərini, azərbaycanlıların ötən il Şuşanı azad etdiklərini və bu əməliyyatın bir sıra hərbi akademiyaların dərsliklərinə düşəcəyini qeyd edir.
 

Şuşada gördüyü obyektləri – Bülbül ləqəbli müğənninin, Qarabağ xanının qızı və şairə Natəvanın və Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun büstləri, şair Molla Pənah Vaqifin məqbərəsini təsvir edir. Məqalə bir çox fotolar və onların təsvirləri ilə bəzədilib.


Qarabağ səfər edən jurnalist Boyan Stoykovski də ABŞ-ın innovasiya səhifəsi olan “Zdnet” üçün yazısını Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyasına həsr edib.

Müharibə zamanı dağıdılmış infrastrukturun Bakı tərəfindən innovativ və yaşıl texnologiya ilə dirçəldilməsinin qeyd olunduğu məqalədə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun gələcək planlar, ADA-nın professoru, urbanistika üzrə ekspert Anar Vəliyevin “ağıllı şəhərlər”in əhəmiyyəti və məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin geri qayıtmaqla bağlı fikirlərinə yer verilib.

Qeyd edək ki, “Zdnet”in təkcə “Facebook”da 280 minə yaxın, “Twitter”də isə 460 mindən çox izləyicisi var.
 

Müəllif Boyan Stoykovski öz tviter hesabında da bu məqaləni paylaşıb, xəbərə xeyli reaksiya gəlib. Maraqlıdır ki, bu reaksiyalar arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, BMTM sədri Fərid Şəfiyevin, ABŞ-da yaşayan azərbaycanlı aktivist Arzu Caidin fikirləri də var.


Stoykovskinin məqaləsi həmçinin ingilisdilli “Russia Business Today” platformasında yayımlanıb, məqalədə azərbaycanlı ekspertlərin fikirləri yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır – VİDEO

Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır – VİDEO

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

End of content

No more pages to load

RADİO