İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian mehriban qonşuluq jesti olaraq Bakıya səfər etmək istədiyini deyib.
Bizim.Media xəbər verir ki, İran XİN rəhbəri “Rossiya-24” kanalına müsahibəsində əlavə edib ki, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir:
“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl erməni həmkarım Tehrana səfər etdi. Azərbaycanlı həmkarımın da İrana səfər etmək imkanı olsaydı, çox yaxşı olardı. Belə bir fürsət yaranan kimi özüm də yaxşı qonşuluq jesti olaraq İrəvanı və Bakını ziyarət edəcəyəm”.
Oral Mədənçi, Bizim.Media