Vətən müharibəsinin 10-cu günü nə baş verdi? – XRONİKA 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Bizim.Media Vətən müharibəsinin 6 oktyabr xronikasını təqdim edir.

• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv edilib. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.

• Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dövlətimizin başçısı deyib ki, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində önəmli rol oynayır.

• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib.

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb.

• Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi dünyanın bütün ölkələrinin Konstitusiya məhkəmələrinə bəyanatla müraciət ünvanlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

İlham Əliyev: “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”

İlham Əliyev: “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”

Göygöldə yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Göygöldə yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

Vuçiç: "İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər”

Vuçiç: "İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər”

İlham Əliyev: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”

İlham Əliyev: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Aleksandar Vuçiç: “Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var”

Aleksandar Vuçiç: “Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var”

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Azərbaycan və Serbiya arasında sənədlərin imzalanması mərasimi keçirildi - VİDEO

Azərbaycan və Serbiya arasında sənədlərin imzalanması mərasimi keçirildi - VİDEO

"Fənərbağça"nın keçmiş çalışdırıcısı İngiltərə klubunun baş məşqçisi təyin edildi

"Fənərbağça"nın keçmiş çalışdırıcısı İngiltərə klubunun baş məşqçisi təyin edildi

100 min qadın orduya çağırılır

100 min qadın orduya çağırılır

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi - FOTO

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Mehriban Əliyeva Emin Hüseynovu məhv etdi: Qadın paltarında sən idin? - VİDEO

Mehriban Əliyeva Emin Hüseynovu məhv etdi: Qadın paltarında sən idin? - VİDEO

Bu yollarda görmə məsafəsi məhdudlaşacaq

Bu yollarda görmə məsafəsi məhdudlaşacaq

“Neftçi”dən ardıcıl üçüncü qələbə - VİDEO

“Neftçi”dən ardıcıl üçüncü qələbə - VİDEO

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Bu insanlar üçün sabah hava necə olacaq?

Bu insanlar üçün sabah hava necə olacaq?

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirildi - FOTO-VİDEO

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirildi - FOTO-VİDEO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi - FOTO/VİDEO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO