Xəbər verdiyimiz kimi, Gürcüstanda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türk və gürcü həmkarları ilə üçtərəfli görüşdən sonra fikirlərini bölüşüb:
“Üçtərəfli görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir”.
Onun sözlərinə görə, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb.
Bizim.Media