Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi Gürcüstan mətbuatında işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, Gürcüstanın aparıcı report.ge və interpress.ge informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsini tam, eləcə də bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırıb.
Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin regiondakı vəziyyət, Qarabağ münaqişəsinin səbəb və nəticələri, Ermənistanın düşdüyü acınacaqlı vəziyyət barədə fikirləri diqqətə çatdırılıb.
Eyni zamanda Azərbaycan Prezidentinin bütün münaqişələrin sülh yolu ilə başa çatması barədə dediyi sözlər, onun Ermənistan rəhbərliyi ilə danışıqlara daim hazır olması barədə açıqlaması xüsusi qeyd edilib.
Bizim.Media
