Prezident: "Avropa İttifaqı 3 məsələdə yardım edə bilər"

“Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Postmüharibə dövründə Avropa İttifaqı hər hansı bir rol oynaya bilərmi?” sualını cavablandırarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İspaniya agentliyinə müsahibə verib - VİDEO


“Biz bu təşəbbüsləri dəstəkləyirik. Bu mövzular bizim rəsmilər və Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Bundan əlavə, cari ilin yayında Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı biz vəziyyəti geniş müzakirə etdik və fəal şəkildə çalışmaqla bağlı birgə niyyətimizi ifadə etdik. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib.  

Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar.

Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər.

Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. İşğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”, - deyə Prezident bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

End of content

No more pages to load

RADİO