Azərbaycanda 153 ölkə ilə işləyən partiyanın ADI bəlli oldu - DETALLAR

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların beynəlxalq əlaqələri mövcuddurmu və azərbaycanlı siyasətçilər əsasən hansı xarici partiyalarla əməkdaşlıq edir? 

Bizim.Media ölkəmizdə mövcud olan firqələrlə artıq ikinci dəfədir ki, bu sual ətrafında müzakirə aparır.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


İkinci yazımızda sorğumuza Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Kommunist Partiyasından cavab almışıq. 

Sualımıza Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin cavabı çox qısa olub:

“Heç biri ilə..”

Gələcəkdə bu tip əməkdaşlıq barədə düşünürsünüz?

“İnşallah”.

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, hazırda partiyanın beynəlxalq təşkilat və xaricdə fəaliyyət göstərən partiyalarla müntəzəm, stabil əməkdaşlığı yoxdur:

“Yalnız Qarabağ məsələsi və Azərbaycanda baş verən hadisələrlə bağlı ayrı-ayrı müraciətlər olur. Amma müntəzəm təşkilatlanmış əlaqələrimiz yoxdur”.

Gələcəkdə belə əlaqələrin qurulması nəzərdə tutulubmu?

“Son dövrdə, xüsusən II Qarabağ müharibəsinin gedişində belə bir aktuallıq göründü. Azərbaycanda çox az partiya vaxtı ilə belə bir əlaqələri yaradıb. AMİP, Müsavat Partiyası beynəlxalq təşkilatların üzvüdür. YAP da üzvüdür. Amma sözün doğrusu, digər hər hansısa siyasi partiyaların beynəlxalq üzvlükləri barədə informasiya yoxdur. Biz də çalışacağıq ki, bu istiqamətdə fəaliyyətimizi nizama salaq”.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirdi ki, partiyasının dünyanın 153 ölkəsində fəaliyyət  göstərən Kommunist, Sol və sosialist partiyaları ilə sıx əlaqələri və işgüzar münasibətləri var:

“AKP Beynəlxalq Sol Qüvvələr (BSQ) təşkilatının və o cümlədən Beynəlxalq Kommunist Partiyalar İttifaqının (KPİ) daimi üzüdür. Azərbaycan KP MK-nın  sədri kimi mən də həmin qurumların İcrayə Komitəsi, Mərkəzi Şurasının üzvüyəm”.

Mövzunu başqa partiyalarla da davam etdirəcəyik. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu?

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu?

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

İlham Əliyev: “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”

İlham Əliyev: “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”

Göygöldə yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Göygöldə yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

Vuçiç: "İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər”

Vuçiç: "İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər”

İlham Əliyev: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”

İlham Əliyev: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Aleksandar Vuçiç: “Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var”

Aleksandar Vuçiç: “Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var”

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Azərbaycan və Serbiya arasında sənədlərin imzalanması mərasimi keçirildi - VİDEO

Azərbaycan və Serbiya arasında sənədlərin imzalanması mərasimi keçirildi - VİDEO

End of content

No more pages to load

RADİO