İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi israilli həmkarının İranla bağlı açıqlamasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, səfir Corc Dikin tvitinin fotosunu paylaşaraq başlığına ölkəsinin bütün dinlərə hörmətlə yanaşdığını yazıb:
“Biz yəhudi, xristian və digər ilahi dinlərin davamçılarına xüsusi hörmətlə yanaşırıq. Biz əminik ki, Azərbaycan Respublikası və Fələstin əbədi olaraq İslam ölkələri olaraq qalacaqlar. Sionizmin bu bölgə üçün xəyalları heç vaxt şərh edilməyəcək”.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Corc Dik “İran dini və etnik azlıqları sıxışdırıb digər ölkələrdə yəhudiləri hədəfə alsa da, biz - İsrail, ABŞ və Azərbaycan müxtəlifliyimizə və tolerantlığımıza sərmayə qoyuruq” demişdi.
Bizim.Media
