Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana gələcək.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.
“Gələn həftələrdə yenə Azərbaycanda olacağıq. 30 ildir işğal altında olan Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Bu qələbə təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də mühüm hadisə oldu”, - deyə prezident bildirib.
Bizim.Media