Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorlarının görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O, görüşdə Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlığın davam etməsi barədə razılığa gəlindiyini bildirib:
"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılmasıdır. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır".
Bizim.Media