Bu gün səfir Litzenberger, İsrail səfiri George Deek ilə birlikdə Qubada yerləşən, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun keçirdiyi tur zamanı səfir Litzenberger dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi ilə tanış olub və bölgənin, o cümlədən mədəni irsin qorunması və turizmin daha da inkişaf etdirilməsi üçün ABŞ-nın İsrail və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edib.
Bizim.Media